AZ

Orban: Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır

“Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Moskvanın "Vnukovo-2" hava limanından paylaşdığı fotoya yazdığı şərhdə bildirib.

Qeyd edək ki, Orban Ukrayna mövzusunu müzakirə etmək üçün Rusiya paytaxtına səfər edib. Onun bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqları planlaşdırılıb.

Xatırladaq ki, Orban bundan öncə Kiyevə səfər edib, Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.

Seçilən
93
4
apa.az

4Mənbələr