AZ

Kaiser Navab: “ŞƏT çərçivəsində birgə səylər iqtisadi artımı stimullaşdıracaq”

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT – red.) üzvü və regional iqtisadi strukturların iştirakçısı olan Pakistan üçün Orta Dəhliz əlaqələrin genişləndirilməsi və iqtisadiyyatın diversifikasiyası baxımdan imkanlar açır”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

Onun sözlərinə görə, ŞƏT çərçivəsində birgə səylər bu dəhlizdən ticarət əlaqələrini gücləndirmək, infrastrukturu təkmilləşdirmək və üzv dövlətlərdə iqtisadi artımı stimullaşdırmaq üçün istifadə etməyə imkan yaradacaq.

“Dəhliz xüsusilə logistika, texnologiya və ticarət kimi sahələrdə iş yerlərinin yaradılması və bacarıqların inkişafı üçün katalizator ola bilər. Orta Dəhlizin daha geniş regional və qlobal iqtisadi strategiyalarla strateji uyğunlaşması açıq-aydın görünür. Bu dəhliz effektiv ticarət yollarının yaradılmasını asanlaşdırmaq və logistik maneələri azaltmaqla iqtisadi fəallıq və investisiyaların artırılması üçün əlverişli mühit yaradır. Avrasiya ölkələri transsərhəd əməkdaşlıqdan və infrastrukturun inkişafı potensialından istifadə edərək pandemiyadan sonra bərpa olmağa çalışdıqları üçün bu, xüsusilə aktualdır” – ekspert əlavə edib.

Seçilən
172
vergiler.az

1Mənbələr