AZ

Argentina millisi Amerika Kubokunun yarımfinalında - Video

Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda bu gün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, raundun ilk matçında son dünya çempionu, elə Amerika Kubokunun da sonuncu qalibi olan Argentina millisi Ekvador yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada rəqibini 4:2 hesabı ilə üstələyən “tanqoçular” yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela – Kanada cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də baş tutacaq final oyunu ilə yekun vurulacaq. Sabah Venesuela və Kanada yığmaları arasında keçiriləcək növbəti oyuna Bakı vaxtı ilə saat 05:00-da start veriləcək.

Amerika Kuboku
1/4 final
5 iyul

Argentina – Ekvador 1:1 (penaltilər 4:2)
Qollar: Lisandro Martines, 35 – Kevin Rodriqes, 90+2.

Seçilən
131
7
arena.az

10Mənbələr