AZ

İran prezidentinin vəzifəsini icra edən Moxber səs verib

Bakı. Trend:

İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezidentMəhəmməd Moxber bu gün (5 iyul) keçirilən prezident seçkilərinin2-ci turunda səs verib.

Trend-in məlumatına görə, İranın 1-ci vitse-prezidenti TehrandaDaxili İşlər Nazirliyində yaradılan mobil səsvermə məntəqəsindəsəsvermədə iştirak edib.

Səsvermədən öncə jurnalistlərə açıqlama verən İranın 1-ci vitseprezidenti qeyd edib ki, ötən həftə ilə müqayisədə səsvermədə busaatadək aktivlik müşahidə olunur. İran hökuməti heç bir siyasidüşərgənin tərəfini saxlamadan seçkiləri təşkil edir.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd –Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çoxsəs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır vəDaxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtıuzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlikrəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Məqalədə:
Seçilən
144
1
az.trend.az

10Mənbələr