Bu gün İranda prezident seçkilərinin ikinci turudur
Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir.
Reyting.az İran KİV-lərinə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Seçkilərin nəticələri iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacaq.
Qeyd edək ki, prezident postu uğrunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili mübarizə aparır.
ELÇİN