AZ

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında yeni müdafiə əməkdaşlığı

Səudiyyə Ərəbistanının dövlət şirkəti SAMI Türkiyənin müdafiə şirkətləri ilə birgə istehsal müqaviləsi imzalayıb. Ər-Riyad Aselsan və İHA istehsalçısı Baykar ilə əməkdaşlıq etməyi hədəfləyir.

Səudiyyə Ərəbistanının dövlət silah və müdafiə avadanlıqları şirkəti SAMI, yerində istehsal imkanlarını araşdırmaq üçün türk şirkətləri ilə 3 ayrı anlaşma memorandumu imzalayıb.

Şirkətin sosial media hesablarından edilən açıqlamaya görə, SAMI pilotsuz uçuş aparatları istehsalçısı Baykar üçün Krallıqda istehsal gücü yaradacaq və Baykar üçün məhsullar inkişaf etdirəcək. Bundan əlavə, Aselsan ilə analoji razılaşmaya əsasən, iki şirkət Krallığın ərazisində birgə müdafiə texnologiyalarının inkişafı üçün əməkdaşlıq etməyi hədəfləyir. SAMI, həmçinin qlobal kosmik sənayeyə təklif ediləcək yeni texnologiyaların hazırlanması üçün Türkiyənin “Ferqani” kosmik şirkəti ilə ilkin müqavilə imzalayıb.

DW Turkish-nin xəbərinə görə, niyyət bəyannaməsi olan və konkret istehsal və ya satış hədəfi olmayan müqavilələr Səudiyyə Ərəbistanının müdafiə naziri Halid bin Salman əl-Səud və Müdafiə Sənayesi prezidenti Haluk Görgünün iştirak etdiyi mərasimdə imzalanıb.

Görgün sosial mediada paylaşdığı mesajda "İki tərəfin uzunmüddətli strateji ortaqlıq mövzusunda razılaşdığını görməkdən çox məmnunuq. İki ölkənin şirkətləri bu imzalarla güclərini birləşdirmək üçün əhəmiyyətli bir addım atdılar" dedi.

O, sosial şəbəkədə açıqlamasında bildirib

Nazir Səud iyulun 2-də Beştəpədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Qonaq nazir həmkarı Yaşar Gülərlə də ayrıca görüş keçirib.

Seçilən
147
45
kommersant.az

10Mənbələr