AZ

Səudiyyə Ərəbistanından Qərbə “açıq siqnal”

Səudiyyə Ərəbistanı Aİ-nin borc qiymətli kağızlarını satmaqla hədələyib.

KONKRET.az xəbər verir ki, Qərb mediası Rusiyanın Qərbdəki aktivlərinin müsadirə edilməsinə qarşı Səudiyyənin mümkün cavabı barədə yazır.

Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının nümayəndələri Qərbə beynəlxalq hüquqa riayət edilməsinin zəruriliyi ilə bağlı “aydın siqnal” veriblər. Eyni zamanda, ölkənin Maliyyə Nazirliyi açıqlama bununla bağölı açıqlama yayıb: “Bizim G7 və digər ölkələrlə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır və biz qlobal artıma və beynəlxalq maliyyə sisteminin sabitliyinə töhfə verən bütün məsələləri müzakirə etməyə davam edirik”.

GCC ölkələrinin avroya və Aİ qiymətli kağızlarına ümumi investisiyaları təxminən 15,1 milyard avro təşkil edir. Eyni zamanda, Avropa Mərkəzi Bankının (AMB) ehtiyatları 69 milyard avro həcmində qiymətləndirilir ki, bunun da 51-i xarici valyutada, qalan 18-i isə qızıldadır.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
45
konkret.az

10Mənbələr