AZ

Türkiyə səfiri Almaniya XİN-ə çağırılıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Almaniyadakı səfiri Ahmet Başar Şen Xarici İşlər Nazirliyinə çağırılıb.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, səfirin XİN-ə çağrılmasına Türkiyə millisinin müdafiəçisi Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında qol vurduqdan sonra "bozqurd" işarəsi göstərməsi səbəb olub.

Qeyd edək ki, UEFA artıq Demirala qarşı araşdırma başladıb. Türkiyəli futbolçu cərimə oluna və ya müvəqqəti olaraq diskvalifikasiya edilə bilər.

Seçilən
124
2
hafta.az

4Mənbələr