AZ

"Portuqaliya Avropanın ən yaxşı komandalarından biridir"

Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-ün 1/4 finalında Portuqaliya ilə oyun öncəsi danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı maraqlı oyun olacağını bildirib.

"Yaxşı, bu çox vacib matçdır. Hər iki komanda avrokuboku qazanmaq üçün favoritlər sırasındadır. 1/4 final mərhələsində yalnız ən yaxşı komandalar qalır. Bunlar yüksək səviyyəli matçlardır, hər şeyi ən xırda detallara görə həll etmək olar. Hər iki komandada fərq yarada biləcək futbolçular var. Portuqaliyada da bizim komanda kimi çox keyfiyyətli oyunçular var. Bu, Avropanın ən yaxşı komandalarından biridir.Əminəm ki, maraqlı oyun olacaq".

Görüş cümə günü baş tutacaq, hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Xatırladaq ki, fransızlar 1/8 final mərhələsində Belçikanı mübarizədən kənarlaşdırıb, Portuqaliya isə Sloveniyadan güclü olub.

Seçilən
167
90deqiqe.az

1Mənbələr