AZ

Orban bu dəfə Moskvaya gedir

Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfərindən sonra Moskvaya gedəcək.

Bu barədə "Azadlıq radiosu"nun mənbələri bildirib.

Məlumata görə, Orban cümə günü, iyulun 5-də Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Yerli mətbuat yazır ki, Kremlə səfəri zamanı Orbanı ölkənin xarici işlər naziri Peter Siyerto müşayiət edəcək.

Qeyd edək ki, Orban bu həftə Kiyevə səfər edib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
50
cebheinfo.az

10Mənbələr