AZ

"Qalatasaray"dan ayrılan Ndombelenin yeni klubu bilindi

"Qalatasaray"dan ayrılan Tanquy Ndombelenin yeni ünvanı bəlli olub.

"Operativ Media" xəbər verir ki, təcrübəli futbolçu Fransa Liqa 1-də çıxış edən "Nitsa"ya transfer olub. "Nitsa" futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. 

Ndombele ötən mövsüm "Qalatasaray"ın heyətində 26 matçda forma geyinib.  Ndombele bu matçlarda 681 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə edib.

"Qalatasaray" forması ilə 664 dəqiqə meydanda olan Ndombele üçün sarı-qırmızılılar 3,1 milyon avro (108,3 milyon lirə) ödəyib.

Seçilən
61
operativmedia.az

1Mənbələr