"Qalatasaray"dan ayrılan Tanquy Ndombelenin yeni ünvanı bəlli olub.
"Operativ Media" xəbər verir ki, təcrübəli futbolçu Fransa Liqa 1-də çıxış edən "Nitsa"ya transfer olub. "Nitsa" futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Ndombele ötən mövsüm "Qalatasaray"ın heyətində 26 matçda forma geyinib. Ndombele bu matçlarda 681 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə edib.
"Qalatasaray" forması ilə 664 dəqiqə meydanda olan Ndombele üçün sarı-qırmızılılar 3,1 milyon avro (108,3 milyon lirə) ödəyib.