AZ

"Haber Global": Şimali Kipr prezidenti TDT-nin Şuşa Sammitinə qatılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şimali Kipr Türk Respublikası (ŞKTR) iyunun 5-də başlayacaq və iki gün davam edəcək Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək.
Məlumata görə, ŞKTR ilk dəfə olaraq təşkilatın tədbirinə dövlət başçısı səviyyəsində qatılacaq. TDT-də müşahidəçi statusuna malik dövləti Prezident Ersin Tatar təmsil edəcək.
Bildirilir ki, ŞKTR liderinin Zirvə görüşündəki iştirakı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dəvəti əsasında mümkün olub. Digər türk dövlətlərinin Şimali Kiprə dəstəyi isə Yunanıstanda narahatlıq yaradıb.
Mənbə: Haber Global
Seçilən
167
50
oxu.az

10Mənbələr