AZ

Azərbaycandan keçən marşrutlar ŞƏT regionunda nəqliyyat potensialının möhkəmləndirilməsi baxımından vacibdir - Oljas Beysembayev

Astana. Trend:

Azərbaycandan keçən marşrutlar Şanxay Əməkdaşlıq Təşkilatıregionunda nəqliyyat potensialının möhkəmləndirilməsi baxımındanvacibdir.

Bu barədə Trend-ə Qazaxıstanın İctimai İnkişaf İnstitutununeksperti Oljas Beysembayev Astanada ŞƏT-ə üzv ölkələrin DövlətBaşçıları Şurasının iclasının kuluarında deyib.

"Dövlət başçılarının görüşü formatında bu iclas artıq 24-cüdəfədir keçirilir. Sammit çərçivəsində ilk dəfədir ki, fəxri qonaqqismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,eləcə də ərəb və türk ölkələrindən qonaqların iştirak etdiyi "ŞƏT+"formatında görüş keçirilir", - o deyib.

Ekspert qeyd edib ki, dövlət başçılarının məhdud tərkibdəkeçirilən iclasında ŞƏT çərçivəsində əməkdaşlığın inkişafı üçün birsıra istiqamətlər qeyd olunub.

"Birincisi, təhlükəsizlik sahəsində etimadınmöhkəmləndirilməsidir. İkincisi, ticarət-iqtisadi əlaqələringenişləndirilməsidir. Üçüncüsü, nəqliyyat-logistika əlaqələrinin vəqarşılıqlı əlaqə dəhlizlərinin möhkəmləndirilməsidir. Bu kontekstdəÇin özünün "Bir kəmər, bir yol" təşəbbüsünü həyata keçirir. Bundanbaşqa, həmçinin Qazaxıstan və Azərbaycandan keçən Transxəzərmarşrutu da var", - deyə O.Beysembayev əlavə edib.

Bundan başqa, ekspert Şimal və Cənub marşrutlarının inkişafetdiyini qeyd edib.

"Həm Qazaxıstan, həm də Azərbaycan bu nəqliyyat dəhlizlərininqovşağında yerləşən ölkələr olaraq, nəqliyyat əlaqələriningenişləndirilməsində və tranzit potensialının möhkəmləndirilməsindəmaraqlıdır.
Türk və ərəb ölkələrinin bu tədbirlərə marağını nəzərə alaraq,güman edirəm ki, gələcəkdə daha çox türk dövlətləri və ərəb dünyasıölkələri ŞƏT-ə daxil ola bilər. Misal üçün, Belarus artıqtamhüquqlu üzvə çevrilir. Belə alınır ki, Şanxay "beşliyi" Şanxay"onluğuna" çevrilib. İndi o, təkcə regional deyil, həm dətransregional təşkilatdır", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr