AZ

"Zirə" niderlandlı müdafiəçi ilə anlaşıb



"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) yeni futbolçu transfer edib.

Reyting.az
xəbər verir ki, Moldova təmsilçisi İlunqa Patanı heyətinə qatıb.

Niderlandlı müdafiəçi Puerto Riko yaxınlığında, Atlantik okeanında yerləşən Sint-Marten adasında anadan olub.

Qeyd edək ki, İ.Pata son mövsümü Niderlandın II Liqasında çıxış edən "Top Oss" klubunda keçirib və meydana çıxdığı 33 oyunda 4 məhsuldar ötürməyə imza atıb. O, ölkəsinin yığmasında 8 oyunda meydana çıxıb və 1 qol vurub.
Seçilən
85
4
reyting.az

9Mənbələr