AZ

Azərbaycanla ŞƏT ölkələri arasında əməkdaşlıq dinamik inkişaf edir - ŞƏRH

Bakı. Trend:

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirakı ölkəmizin,dövlət başçısının beynəlxalq nüfuzunun və Azərbaycana olan böyüketimadın göstəricisidir.

Bunu Trend-ə MilliMəclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu gün Azərbaycanla ŞƏT arasında, o cümlədənŞƏT-ə üzv ölkələr arasında yüksək səviyyəli əlaqələr mövcuddur.

“Cənab Prezident İlham Əliyevin artıq ikinci dəfə ŞƏT-ə üzvölkələrin Zirvə toplantısına dəvət olunması və təşkilata üzvölklərin dövlət başçıları ilə görüşlər keçirməsi də əməkdaşlığınyüksək səviyyədə olduğunu göstərir. Hesab edirəm ki, cənabPrezident İlham Əliyevin ŞƏT-in budəfəki zirvə görüşündə iştirakhəm təşkilatla, həm də üzv ölkələrlə Azərbaycan arasındamünasibətlərin və əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.Burada söhbət həm siyasi, iqtisadi, xüsusilə nəqliyyat,kommunikasiya, enerji və s. istiqamətlərdə əməkdaşlığıninkişafından gedir. Cənab İlham Əliyevin təşkilata üzv dövlətlərinbaşçıları ilə görüşlərində də bu məsələlərə toxunuldu və tərəflərinəməkdaşlığın inkişafına maraqlı olduğu və bu istiqmaətdə addımlarınatılmasının vacibliyi diqqətə çatdırıldı”, - deyə deputat əlavəedib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasındabildirib ki, Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət almasıcənab Prezident İlham Əliyevin illərə söykənən uğurlu xaricisiyasətinin bəhrəsidir.

“Azərbaycan da qardaş ölkə Türkiyə kimi hazırda ŞƏT-də dialoqtərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏTarasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.Bununla da ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatınənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyətkəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə,regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.Belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfəiştirakı ölkəmizin regional proseslərdə iştirak və verilənqərarlarda söz sahibi olması baxımından çox önəmlidir.

Azərbaycan təşkilatın əksər üzv ölkələri ilə ikitərəflisəviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-iləuğurla inkişaf etdirir. Səfər zamanı dövlət başçısı təşkilatın üzvdövlətlərinin başçıları ilə təkbətək və geniştərkibli görüşləri baştutub. Astana sammiti dövlətimiz üçün bir sıra yenilliklərlə yaddaqalıb. Bunlara Astanada “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında strateji tərəfdaşlığın qurulması haqqındaBirgə Bəyannamə” qəbul olunması, Azərbaycan Prezidentinin, TürkiyəPrezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda ilkdəfə Zirvə görüşünün keçirilməsi kimi əlamətdar hadisələrdaxildir.

Dövlət başçımızın xarici siyasətdəki təşəbbüsləri və son illərhəyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsindəAzərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinəçevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimiregional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələrverən Azərbaycanın rolu gündəngünə artmaqdadır. Azərbaycan dünyanınəsas yük axını istiqaməti olan Çin-Avropa arasında əsas körpüyəçevrilib”, - deyə o əlavə edib.

Deputat bildirib ki, bütün bunlar uzaqgörən lider kimi böyüknüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xaricisiyasətinin nəticəsidir.

“Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcəölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindənirəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu vəsiyasi uzaqgörənliyi ilə bağlıdır”, - deyə M.Cəfərovvurğulayıb.

Seçilən
85
50
az.trend.az

10Mənbələr