AZ

Qayınata və qayınanasını yandıran şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.



Xatırlatma: 2021-ci il sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.


Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə şikayəti təmin etməyib.

 

Kamal Məmmədov 

Tarix: 4 İyul 2024, 10:30   
Seçilən
52
pravda.az

1Mənbələr