Belarus rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olub.
"Belarus Respublikasının ŞƏT-ə tamhüquqlu üzvlüyü ilə bağlı qərar qəbul edilib", - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə axşamı günü Astanada keçirilən ŞƏT sammitində deyib.
Beləliklə, ŞƏT-in tərkibi 10 üzvə qədər genişləndi və belədir: Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan.
Daha iki dövlət müşahidəçi statusuna malikdir - Əfqanıstan və Monqolustan.