AZ

Bayden prezident seçkilərindən geri çəkilir?

Bayden

ABŞ-nın sabiq prezidenti Donald Trampla teledebatda zəif çıxışından sonra prezident postu uğrunda mübarizədən geri çəkilmək üçün təzyiq altında olduğu bildirilən Co Bayden yarışda “sona qədər” iştirak edəcəyini deyib.

Reyting.az
xəbər verir ki, Bayden Demokrat Partiyasının namizədi olduğunu xatırladıb və geri addım atmayacağını bildirib.

Müşahidələrə görə, ABŞ prezidenti C. Bayden D. Trampla televiziya debatındakı zəif çıxışından sonra Demokrat Partiyasının dairələrini sakitləşdirmək üçün səylərini davam etdirir. 81 yaşlı Baydenin debatdakı zəif səsi, boş cümlələri və uyğunsuz ifadələri onun yaşı və vəzifəyə yararlılığı ilə bağlı narahatlıqları hər zamankından daha qabarıq edib. Bu isə partiya daxilində onun namizədliyini geri götürməsi ilə bağlı çağırışlara səbəb olub.

Bayden və Harris daha sonra Demokrat Partiyasının liderləri ilə telekonfrans vasitəsilə görüşüblər. Bu görüşdə Bayden yarışda qalacağını bildirib. Bayden görüşdə “Mən Demokrat Partiyasının namizədiyəm və seçkidə sona qədər iştirak edəcəyəm”,- ifadəsini işlədib.

Bu telekonfransdan sonra kampaniya donorlarına göndərdiyi e-poçtda Bayden “sona qədər bu yarışda iştirak” mesajını təkrarlayıb.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
reyting.az

2Mənbələr