AZ

Baydendən iddialara cavab: “Namizədlikdən geri çəkilmirəm”

Trampla teledebatda zəif çıxışından sonra geri çəkilmək üçün təzyiq altında olan Bayden prezidentlik yarışında “sona qədər” qalacağını söylədi. ABŞ prezidenti Bayden: "Mən Demokrat Partiyasının namizədiyəm”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Donald Trampla televiziya debatındakı zəif çıxışından sonra Demokrat Partiyasının dairələrini sakitləşdirmək üçün səylərini davam etdirir.

81 yaşlı Baydenin debatdakı zəif səsi, boş cümlələri və uyğunsuz ifadələri onun yaşı və vəzifəyə yararlılığı ilə bağlı narahatlıqları hər zamankindən daha qabarıq etdi. Bu, partiya daxilində onun namizədliyini geri götürməsi ilə bağlı çağırışlara səbəb olub.

Hər gün yeni zənglər əlavə edilərkən, Bayden Ağ Evdə müavini Kamala Harris ilə görüşüb.

Bayden və Harris daha sonra Demokrat Partiyasının liderləri ilə telekonfrans vasitəsilə görüşüblər.

Bu görüşdə Baydenin yarışda qalacağını açıq şəkildə bildirdiyi bildirilir. BBC-yə danışan mənbə bildirib ki, Bayden görüşdə "Mən Demokrat Partiyasının namizədiyəm”.

Bu telekonfransdan sonra kampaniya donorlarına göndərdiyi e-poçtda Bayden “sona qədər bu yarışda” mesajını təkrarladı.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
19
1
turkustan.az

2Mənbələr