AZ

Bu ölkədə süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Bakı. Trend:

Çində süni intellekt texnologiyaları sənayesinin ümumi həcmi 500milyard yuanı (təxminən 70,4 milyard dollar) keçir.

Trend xəbər verir ki, bunu Şanxayda Ümumdünya Süni İntellektKonfransının açılış mərasimində çıxış edən Çin Xalq RespublikasıDövlət Şurasının sədri Li Çian deyib.

Onun sözlərinə görə, süni intellektin istifadəsi istehsal,nəqliyyat, təhsil, tibb və digər sahələrdə genişlənir.

Bildirib ki, əlaqəli texnologiyaların bu qədər sürətli inkişafıqanunvericilik, etika və bir sıra məsələlərin, o cümlədən süniintellektin insan sivilizasiyası üçün ən böyük təhlükəyə çevriləbiləcəyi ilə bağlı narahatlıqların yaranmasına səbəb olub: “Çinsüni intellektin təhlükəsiz idarə olunmasına böyük əhəmiyyət verir,tədricən güclü etika kodeksi və tənzimləmə sistemini tətbiq edir.Süni intellektin təsirini qiymətləndirir və Çinin süni intellektinqlobal idarə olunmasında praktiki təcrübəsini təmin edənçoxsəviyyəli idarəetməni həyata keçirir”.

Li Çian süni intellekti bəşəriyyətin ortaq irsi adlandırıb. “Bizsüni intellektin inkişafı üçün ədalətli, açıq və ayrı-seçkiliyə yolverməyən mühit yaratmaq, inkişaf etməkdə olan ölkələrə özimkanlarını gücləndirməyə kömək etmək və daha çox ölkəyə süniintellektin inkişafının nailiyyətlərindən şərik olmaq imkanı verməküçün birlikdə çalışmalıyıq”, - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
102
6
az.trend.az

6Mənbələr