AZ

34 yaşlı qadın əri tərəfindən bıçaqlandı

Abşeronda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Qadının hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Seçilən
118
5
nocomment.az

10Mənbələr