AZ

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Bakı. Trend:

İsraildə Qərbi Nil qızdırması yayılmaqda davam edir və mayınəvvəlindən bu günə qədər 153 nəfərdə bu xəstəlik aşkarlanıb.

Trend-inməlumatına görə, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumatyayıb.

Məlumata görə, xəstəliyə yoluxanlardan 11 nəfər ölüb.

Səhiyyə Nazirliyi qeyd edib ki, yoluxanların əksəriyyətiİsrailin mərkəzi hissəsində yaşayan sakinlərdir.

Nazirlik bildirib ki, Qərbi Nil qızdırması ümumiyyətlə İsraildəçoxdan məlumdur, yoluxanların təxminən 80 faizində xəstəliyin heçbir təzahürü yoxdur. Təxminən 19 faiz hallarda qızdırma, halsızlıqvə baş ağrıları da daxil olmaqla müxtəlif şiddətli simptomlar vəyalnız bir faiz hallarda ciddi nevroloji ağırlaşmalar müşahidəolunur.

Qeyd edilib ki, infeksiyanın əsas daşıyıcılarıağcaqanadlardır.

Seçilən
100
7
az.trend.az

8Mənbələr