AZ

Avro-2024: 1/4 finalın 2 oyununa hakim təyinatları AÇIQLANDI

Avro-2024-ün 1/4 final mərhələsinin ilk iki oyununun hakimləri açıqlanıb.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Portuqaliya - Fransa  matçı da ingilislərə tapşırılıb. Oyunun baş hakimi Maykl Oliver olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də keçiriləcək.

Bizim.Media

Seçilən
72
2
bizim.media

3Mənbələr