AZ

Lebron Ceyms “Leykers”də qalır

Lebron Ceyms “Los Anceles Leykers”lə 2 illik maksimal müqaviləyə razılaşıb. Buna əsasən 39 yaşlı forvard 104 milyon dollar qazanacaq.

Razılaşmaya 2025-ci il mövsümü üçün oyunçu seçimi bəndi də daxildir.

Lebron üçün qarşıdan gələn mövsüm karyerasında 22-ci olacaq. Xatırladaq ki, ulduz forvardın böyük oğlu Bronni Ceyms də Los-Anceles komandası tərəfindən draftda seçilib. Onlar yeni mövsümdə eyni komandada çıxış edə biləcəklər.

Keçən mövsüm Ceyms 72 oyunda meydana çıxıb. Hər oyunda onun orta göstəriciləri 25,6 xal, 7,3 ribaund və  8,3 asist təşkil edib.

Seçilən
98
futbolinfo.az

1Mənbələr