Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan cüdoçularının “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı davam edir
AZƏRTAC xəbər verir ki, milli komandanın üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Hazırlıq prosesində qadınlardan, böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dan çox idmançısı iştirak edir. Toplanış iyulun 6-dək davam edəcək.
Cüdoçular Paris Olimpiadasına hazırlığın son mərhələsini Bakıda tamamlayacaqlar.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.