AZ

Kobaxidze Mirzoyanla görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tiflisdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Axar.az xəbər verir ki, hökumət ofisində keçirilən görüşdə Kobaxidze və Mirzoyan strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Kobaxidze bir daha bəyan edib ki, Gürcüstan regionda sabit və təhlükəsiz mühitin qorunmasında mühüm rol oynamağa davam edəcək.

Seçilən
54
4
axar.az

7Mənbələr