Sözügedən məsələ barədə iqtisadiyyatçı Akif Nəsirli “Yeni Sabah”a açıqlama verib. Ekspert bu sahədə sabitlik olduğunu vurğulayıb:
“Hazırda ətin qiyməti Qurban bayramı günlərinə nisbətən ucuzlaşıb. Məsələn, bayramda qoyun ətinin kiloqramı 21-22 manat idisə, artıq 19-19,5 azn, mal əti isə 14-15 manata qədər düşüb. Bu məcrada ətin qiymətlərində sabitləşmə müşahidə olunur. Hesab edirəm ki, yay ayları olduğu üçün, həmçinin, qarşıdan Məhərrəm ayı gəlir deyə, ətin qiyməti sabit olaraq qalacaq”.
A.Nəsirli ciddi istilər yaşanarsa, bu halın ətlərin satış bazarına necə təsir edəcəyi barədə də danışıb:
“Havanın temperaturunun yüksəldiyi günlərdə, ciddi istilər olan dönəmdə ola bilsin ki, mal və qoyun ətinin topdan satış bazarlarında problem yaransın. Həmin vaxtlarda ət bir qədər də qıtlaşa və qısamüddətli qiymət artımı baş verə bilər. Dünya meteoroloqları qarşıda isti yay günlərinin olacağı haqda proqnozlar verirlər. Ətin qiyməti ilə bağlı qıtlaşma və bahalaşma ehtimalı da məhz həmin dövrə aiddir. Amma, əsasən, payıza qədər qiymət artımı gözlənilən deyil”.
İqtisadçı bahalaşmanın payız aylarına təsadüf edəcəyini deyib:
7Mənbələr
-
ekologiya.azƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşdı? ( 8243168)
-
demokrat.azƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA — Yenidən bahalaşır? ( 8239619)
-
moderator.azƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır? ( 8238863)
-
avropa.infoƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır? ( 8238755)
-
musavat.comƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır? ( 8237141)
-
news24.azƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır? ( 8233379)
-
yenisabah.azƏtin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır? ( 8232668)