AZ

Rusiya Finlandiyanın siyasətini və NATO-nun sərhədlərdəki fəaliyyətini cavabsız qoymayacaq- ÖZƏL

NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi birləşmələri cavabsız qalmayacaq. 

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin çıxış edib.

"Rusiya NATO-nun sərhədimizdə Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən hərbi potensialının artırılmasını cavabsız qoymayacaq", - diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya Finlandiya və Şimali Atlantika Alyansındakı müttəfiqlərinin aqressiv qərarlarına qarşı çıxmaq üçün lazımi tədbirləri, o cümlədən hərbi-texniki tədbirləri görəcək.

Bundan əvvəl Finlandiya parlamenti ABŞ-la müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib və bu sazişə əsasən, ölkə Amerika qoşunlarına 15 hərbi obyektə giriş imkanı verəcək.

Rusiya prezidenti Vladimir Putin NATO-nun artan fəallığından danışıb. O qeyd edib ki, Rusiya sərhədlərinə ABŞ-dan əhəmiyyətli qüvvələr, o cümlədən təyyarələr yerləşdirilib, Şərqi və Mərkəzi Avropada alyansın qoşunlarının sayı da artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr