Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin çıxış edib.
"Rusiya NATO-nun sərhədimizdə Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən hərbi potensialının artırılmasını cavabsız qoymayacaq", - diplomat bildirib.
Onun sözlərinə görə, Rusiya Finlandiya və Şimali Atlantika Alyansındakı müttəfiqlərinin aqressiv qərarlarına qarşı çıxmaq üçün lazımi tədbirləri, o cümlədən hərbi-texniki tədbirləri görəcək.
Bundan əvvəl Finlandiya parlamenti ABŞ-la müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib və bu sazişə əsasən, ölkə Amerika qoşunlarına 15 hərbi obyektə giriş imkanı verəcək.
Rusiya prezidenti Vladimir Putin NATO-nun artan fəallığından danışıb. O qeyd edib ki, Rusiya sərhədlərinə ABŞ-dan əhəmiyyətli qüvvələr, o cümlədən təyyarələr yerləşdirilib, Şərqi və Mərkəzi Avropada alyansın qoşunlarının sayı da artıb.