AZ

UEFA Merih Demiralı “bozqurd” işarəsinə görə cəzalandıra bilər


UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralla bağlı “qeyri-adekvat davranış”a görə araşdırma başladıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, buna səbəb ötən gecə keçirilən Türkiyə-Avstriya matçında futbolçu Merih Demiralın qol sevincini “bozqurd” işarəsi ilə nümayiş etdirməsi olub.
Məlumata görə, UEFA bəyanat yayaraq, Demiralın bu hərəkəti ilə bağlı araşdırmaya başlamaq qərarına gəldiyini elan edib.
“Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Demiralın 2024-cü il Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində iyulun 2-də Almaniyanın Leypsiq şəhərində keçirilmiş Avstriya-Türkiyə matçındakı qeyri-adekvat davranışı ilə bağlı UEFA İntizam Qaydalarının 31(4) maddəsinə əsasən araşdırma başlayıb. Məsələ ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək”, - UEFA-nın bəyanatında qeyd edilib.
Qeyd edək ki, Türkiyə Avro-2024-ün 1/8 final mərhələsində Avstriyanı məğlub edərək, 1/4 final mərhələsinə çıxıb. Türkiyənin bu mərhələdəki rəqibi Niderland olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
34
yeniavaz.com

10Mənbələr