NATO müttəfiqləri gələn il Ukraynaya hərbi yardım üçün 40 milyard avro vəsait ayırmağa razılaşıblar.
News24.az-ın məlumatına görə, Qərbi Avropa diplomatı Vaşinqtonda görüşdən bir həftə əvvəl bu gün Reuters agentliyinə bildirib ki, alyans liderləri gələn il Ukraynaya 40 milyard avro hərbi yardım ayırmağa razılaşıblar.
NATO-nun baş katibi Yens Stoltenberq üzv dövlətlərdən Ukraynaya hərbi yardımı 2022-ci ildə müharibə başlayandan bəri əvvəlki illərdə olduğu kimi saxlamağı və illik təxminən 40 milyard avroya çatdırmağı xahiş edib.
Qeyd edək ki, NATO liderləri gələn həftə Vaşinqtonda vədi imzalayacaqlar.
Günel Məlikzadə