AZ

Belarus TŞ Ermənistan hərbçilərinin Minskdəki paradda iştirakdan imtina etmələrinə aydınlıq gətirib

“Belarus Müstəqillik Günü münasibətilə keçirilən parada Ermənistan hərbçilərini dəvət etsə də, onlar subyektiv səbəblərdən iştirakdan imtina edib”.

APA-nın “Sputnik-Belarus”a istinadən xəbərinə görə, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

"Erməni xalqının əcdadları Belarusun və SSRİ-nin azad olunmasında iştirak etsələr də, onlar hərbi parada gəlmədilər”, - o deyib.

Qeyd edək ki, Belarusun Müstəqillik Günü münasibətilə bu gün Minskdə təşkil olunan hərbi yürüşdə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Çin hərbçiləri təntənəli keçid edib.

Seçilən
89
1
apa.az

2Mənbələr