AZ

Peskovdan SON DƏQİQƏ açıqlaması - Putin və Tramp Ukrayna ilə bağlı...

“Rusiya prezidenti Vladimir Putin və respublikaçı Donald Tramp Ukrayna ilə bağlı dialoqa getmirlər”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bununla Qərb mətbuatında Trampın guya Rusiya lideri ilə Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qeyd edək ki, ABŞ-ın “Politico” saytı Donald Trampın Rusiya ilə yeni bir saziş bağlamaq istədiyini xəbər edib. Məlumata görə, Tramp seçiləcəyi təqdirdə həmin sazişlə Rusiyaya NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə söz verəcək.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
musavat.com

5Mənbələr