AZ

“Putin və Tramp Ukrayna ilə bağlı dialoq aparmır” – Peskov


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti postuna can atan respublikaçı Donald Tramp Ukrayna ilə bağlı dialoq aparmır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Qərb mətbuatında Trampın Putinlə Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Xeyr, bu doğru deyil”, - deyə Kreml sözçüsü məsələ ilə bağlı sualın cavabında bildirib.
Qeyd edək ki, Amerikanın “Politico” qəzeti daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan saziş bağlamaq imkanını nəzərdən keçirir, həmçinin Rusiya Prezidenti ilə “Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi” barədə danışıqlar aparır.
Seçilən
82
1
yeniavaz.com

5Mənbələr