AZ

UEFA qol sevincinə görə Merihi cəzalandıra bilər

UEFA Türkiyə yığmasının üzvü Merih Demiralı Avsriya ilə matçdakı qol sevincinə görə cəzalandıra bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.

Onlar futbolçu barədə yaxın günlərdə son qərarı verəcək.

Qeyd edək ki, Türkiyə AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb. Onlar burada Niderlandla qarşılaşacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
qafqazinfo.az

7Mənbələr