AZ

UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıracaq?

UEFA Türkiyə yığmasının üzvü Merih Demiralı Avsriya ilə matçdakı qol sevincinə görə cəzalandıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.

Onlar futbolçu barədə yaxın günlərdə son qərarı verəcək.

Qeyd edək ki, Türkiyə AÇ-2024-ün 1/8 finalında Avstriyanı məğlub edərək 1/4 finala adlayıb. Yığma bu mərhələdə Niderlandla qarşılaşacaq.

Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr