Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.Missiya.Az xəbər verir ki, bu barədə "Report"a ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta