AZ

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Astanada görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bu gün Qazaxıstanın paytaxtı Astanada görüşəcəklər.
Ruriya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Astanada keçiriləcək ikitərəfli görüşdə bütün vacib və həssas məsələləri müzakirə edəcəklər.
Jurnalistlərə açıqlama verən Yuri Uşakov Rusiya prezidentinin 
iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının zirvə görüşü (ŞƏT) çərçivəsində keçirəcəyi ikitərəfli görüşlər barədə məlumat verib.
Yuri Uşakov Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşlə bağlı bunları deyib: "Uzun müddətdir ki, Türkiyəyə səfər planlaşdırılıb. Düşünürəm ki, liderlər bu məsələni müzakirə edəcəklər. Bu yaxınlarda Vladimir Putin Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə bütün vacib və həssas mövzular müzakirə olunacaq".
Yuri Uşakov həmçinin bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının zirvə görüşündə siyasət, iqtisadiyyat, təhlükəsizlik və bir çox digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
trt.net.tr

10Mənbələr