AZ

YAP-ın deputatlığa namizədləri növbəti iclasda təsdiqlənəcək

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərininsiyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətininnövbəti iclasında baxılacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə deputat, YAP İdarəHeyətinin üzvü Musa Quliyev bildirib:

O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bugün keçirilən iclasında növbədənkənar Parlament seçkilərinəhazırlıq məsələləri müzakirə olunub, partiyanın Mərkəzi və yerliqərargahları formalaşıb.

O vurğulayıb ki, iclasda həmçinin partiyanın növbədənkənarParlament seçkilərində səlahiyyətli nümayəndələri müəyyənləşib.“Yəqin ki, partiyanın namizədlərinin irəli sürülməsi vənamizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətininnövbəti iclasında baxılacaq. Namizədlərin siyahısına gəlincə, bubarədə hələlik ilkin məlumat yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
10
az.trend.az

10Mənbələr