Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq.
Yenisabah.az-ın məlumatına görə, bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib:
O qeyd edib ki, partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq.
"Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat yoxdur".
Telegram kanalımız