AZ

“İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində növbəti tədbir

İyunun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri” layihəsi çərçivəsində Lənkəran şəhərində eyni adlınövbəti təlim baş tutub.

Təlim iştirakçıları İrəvanın tarixi, buradakı toponimlər, hidronimlər, antrotoponimlər və memarlıq abidələri haqqında ətraflı şəkildə məlumatlandırılıb. Daha sonra Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparılıb. Sonda layihə çərçivəsində hazırlanan audiovizual materiallar Lənkəran şəhərinin müxtəlif məktəblərində çalışan və təlim iştirakçısı olan müəllimlərə göndərilib və bu məlumatların dərs prosesində istifadəsi tövsiyə edilib.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
69
1
turkustan.az

2Mənbələr