Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda səfərdədir.
Trend xəbərverir ki, bu barədə BMT-nin Almatı nümayəndəliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu, Qazaxıstana vacib səfərinbaşlanğıcıdır.
Quterreş Qazaxıstanın daxili işlər nazirinin birinci müaviniAkan Raxmetullin, Qazaxıstanın BMT yanındakı daimi nümayəndəsiKayrat Umarov və BMT-nin Qazaxıstandakı daimi əlaqələndiricisiMikaela Friberq-Stori tərəfindən qarşılanıb.