AZ

Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Belarus Respublikasının PrezidentiAleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günümünasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbuledin.

Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyəəsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz stratejitərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. SizinAzərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçiriləngörüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, AzərbaycanlaBelarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu günuyğurla inkişaf edir və yeni məzmunla zənginləşir.

Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də AzərbaycanRespublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızınvə ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığıninkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivlitəşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəmcansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar,Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
49
az.trend.az

10Mənbələr