AZ

Aİ-də elektrik enerjisinin qiymətləri yaxın 25 ildə yüksək olacaq

Avropa İttifaqı ölkələrinin sakinləri 2050-ci ilə qədər elektrik enerjisinə ABŞ və Çindən daha çox pul ödəyəcəklər.

Bu barədə Avropa Sahibkarlar Konfederasiyasının (“BusinessEurope”) araşdırmasında bildirilir.

Təşkilat öz proqnozunu onunla əlaqələndirir ki, Avropa bloku yaşıllaşdırma hədəflərinə nail olsa belə, 2050-ci ilə qədər Aİ-nin elektrik enerjisi istehsalı xərcləri ABŞ və Çininkindən ən azı 50% yüksək olacaq.

“BusinessEurope” rəhbəri Markus Bayrerin sözlərinə görə, bu dinamika Avropa şirkətlərini alternativ rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salır, ona görə də Aİ səviyyəsində təcili tədbirlərə ehtiyac var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
10
banker.az

10Mənbələr