AZ

“İkinci qolu gec vurduq”

“Rumıniya millisinə hücum imkanı vermədik”. Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Rumıniyaya qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis 1/4 finala yüksəldikləri üçün sevincli olduqlarını söyləyib: “Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun izahını vermək çətindir. Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Lakin gedişat xeyrimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Rumıniyaya 3:0 hesabı ilə qalib gələn Niderland növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Türkiyə olacaq.

Seçilən
97
6
futbolinfo.az

7Mənbələr