AZ

“Daha yaxşı çıxış edəcəyimizi düşünürdüm”

“İspaniya ilə matçdakı çıxışımızı ürəkaçan hesab etmirəm”. Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniyaya qarşı Avro-2024-ün yarımfinal mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis finalın bir addımlığında mübarizəni dayandırmaqlarının üzücü olduğunu bildirib: “Hesabı açmağımız əla idi. Lakin İspaniya oyunu daha yaxşı mənimsəyən tərəf oldu. İspaniya ilə matçdakı çıxışımızı ürəkaçan hesab etmirəm. Daha yaxşı çıxış edəcəyimizi düşünürdüm. Təəssüf ki, alınmadı. Turnir boyu bütün görüşlərdə sona qədər mübarizə apardıq”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında İspaniyaya məğlub olan (1:2) Fransa turnirlə vidalaşıb.

Seçilən
164
6
futbolinfo.az

7Mənbələr