AZ

"Masdar" Azərbaycanda yaşıl hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir (ÖZƏL)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətiAzərbaycanda yaşıl hidrogen istehsalı üzrə tədqiqatlarda iştirakedir.

Bu barədə Trend-ə "Masdar Azerbaijan" şirkətinindirektoru Murad Sadıqov deyib.

O qeyd edib ki, Azərbaycanın İqtisadiyyat və Energetikanazirlikləri ilə birlikdə “Masdar” şirkəti hidrogen istehsalı iləbağlı tədqiqatlar aparıb.

“2022-ci ildən başlayaraq Azərbaycanda dəniz külək enerjisi vəyaşıl hidrogen istehsalının texniki-iqtisadi əsaslandırmasıaparılır. Tədqiqatlar hələ də davam edir. Nəticələr bir-iki ayərzində açıqlanacaq. Azərbaycan hökuməti gələcək addımlarla bağlıqərarlar verəcək. SOCAR ilə birgə işlər aparılır. Demək olar ki,iki ilə böyük məlumat bazası yaradılıb”, - deyə Sadıqovbildirib.

Qeyd edək ki, "Advisian" məsləhətçi şirkətinin AvropaYenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqatgöstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları vəhidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə genişsistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçünböyük potensiala malikdir.

Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də, "Şahdəniz" yatağında təbii qazehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm "yaşıl", həmdə "mavi" hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir.Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olanCənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbiiqazla qarışdırmağa imkan verəcək.

X: @Lyaman_Zeyn

Seçilən
73
2
az.trend.az

3Mənbələr