AZ

Merih Demiralın "BOZQURD" işarəsi sosial medianı bir-birinə qatdı - FOTO

Avropa Çempionatının 1/8 finalında Avstriya millisinin qapısına 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın "BOZQURD" işarəsi göstərməsi diqqət cəlb edib. 

Musavat.com Türkiyənin sosial mediasına istinadən xəbər verir ki, Avstriya dövləti öz torpaqlarında "BOZQURD" işarəsi göstərməsini yasaqlayıb. Bunun qarşılığında Merih Demiral Avstriyanın qapısına qol atandan sonra məhz bu yasağın acığına "BOZQURD" işarəsi göstərib. 

Merih Demiral həmçinin müsahibə verərkən də sözlərinə "Nə mutlu türküm deyənə" sözləri ilə başlayıb. 

Hazırda sosial medianın Türkiyə seqmentində çağırışlar edilir.  Sosial media istifadəçiləri "Merihi yalnız buraxmayaq, yap bir Bozqurd, dünya görsün" şüarı ilə futbolçuya dəstək verirlər. 

 

Musavat.com

 

Seçilən
34
50
musavat.com

10Mənbələr