AZ

Bakıda güclü yanğın başladı


Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
12
news24.az

10Mənbələr